Azərbaycanın məşhur müğənnisi Nazəninin ana olması barədə xəbər hər kəsi təəccübləndirib. Yerli saytlar yazır ki, müğənni 9 aydır 3-cü dəfə ana olacağını gizli saxlayır.
Artıq övladını dünyaya gətirən Nazənin məsələ ilə bağlı eksklüziv olaraq SİA-ya açıqlama verdi: "Bu günə qədər sahib olduğum 2 övladım haqda heç bir yerdə danışmamışam. Onlarla bağlı efirdə və mətbuatda məlumatların işıqlandırılmasına imkan verməmişəm. Çünki övladlarım mənim şəxsi həyatımda olan varlıqlarımdır. 3-cü övladımın da dünyaya gəlməsini sənət aləmində hər kəs bilirdi. Bu, sirr deyildi. Sadəcə, bəzi müğənnilərdən fərqli olaraq şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Dünyaya uşaq gətirməklə özümü reklam etməyi düşünmürəm. Bunu istəsəydim, lap öncədən məlumat verərdim. Əgər məlumat bu gün yayılıbsa, mənim üçün heç bir problemi yoxdur. Uşağın atası da, mən də onun dünyaya gəlməsindən çox xoşbəxtik.
Mən tamaşaçıların yaddaşında ifamla qalmaq istəmişəm. İnşallah bundan sonra da tamaşaçılar mən sənətimlə yada salarlar.
Təbrik edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB