Teleaparıcılar evləndilər

Dünən Lider TV-də yayımlanan "İstidir" verilişinin aparıcısı Murad Əzimzadə subaylığın daşını atıb. SİA-nın verdiyi xəbərə görə, Muradın sevib-seçdiyi xanım onun həmkarıdır. Eyni kanalda çalışan Ülviyyə ilə Muradın toyunu məşhur həmkarı Zabir Əliyev idarə edib.

Əsas müğənni qismində Elton Hüseynəliyev iştirak etsə də sonradan xalq artisti Brilliant Dadaşova da qatılıb. Sənətçi toya xüsusi rəng qatıb.

Muradı təbrik etmək üçün həmçinin Elçin Cəfərov da toya təşrif buyurub. İfası ilə qonaqları əyləndirən Elçin bəy və gəlinə xoşbəxtlik arzu edib. Toyda gözümüzə dəyən teleaparıcılar sırasında Ramin İbrahimov, Turan İbrahimov, Azər Süleymanlı, Elçin Qorçuyev var idi.

Cütlüyün məclisə girər-girməz atəşfəşanlıqlarla qarşılanması gecəni daha da maraqlı edib. Murad və Ülviyyənin rəsmi nigahı məhz şadlıq sarayında bağlanıb. Muradın şahidi dostu eyni zamanda da həmkarı Azər Süleymanlı idi. Şampan şərabı dadan səbəbkarlar Elton Hüseynəliyevin ifası altında "Subaylığın son gecəsi" mahnısını rəqs ediblər.

Toyda Murad və Ülviyənin valideyinləri, qohumları, dostları əsl vur-çatlasın ediblər.

Müğənnilərdən Samir Priyev, Sevda Yahyayeva, Niyam Səlami, dj-Çina, teleaparıcılardan Lamiyyə Ələkbərova, Zaur Nəbioğlu, Novruz Məmmədov, Zemfira Adıgözəlova, aktyor Sərxan Kərimli də cütlüyün şad günündən onların yanında olublar.

SİA-ya açıqlamasında Murad öz hisslərini bölüşüb: "5 ildir biri-birimizi sevirik. Baxmayaraq ki, yaşımızın az olduğu üçün bizi qınadılar. Ancaq biz hər şeydən razıyıq. Aparıcı olmağıma baxmayaraq, çox həyəcanlıyam".

Allah xoşbəxt eləsin!

Foto: Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə