Azərbaycanın tanınmış meyxanaçısı Aqşin Fateh efirlərdən kənar gəzməyinin səbəblərindən danışıb. SİA-ya açıqlama verən meyxanaçı şou xarakterli verilişlərin onun təbiətinə uyğun olmadığını əsas gətirib: " Dəfələrlə bir çox verilişlərdən təkliflər almışam. Ancaq mənim xasiyyətimə uyğun olmadığı üçün dəvətlərini qəbul etməmişəm. Yəni ki, şou xarakterli verilişlərə getmirəm. Elə verilişlər heç xalqımıza da gərəkli deyil. Eyni zamanda da dində şou xarakterli, əyləncəli yerlər haramdır. Ancaq səviyyəli verilişlərdən təklif gələndə il ərzində 1-2 dəfə efirlərə çıxıram".
Qeyd edək ki, adıçəkilən meyxanaçı vaxtı ilə "Haram olsun", "Vəfasız" və digər mahnıların ifaçısı kimi tanınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB