Zöhrə Abdullayeva Mətanət Əsədovanı ayağı ilə müqayisə etdi QALMAQAL

Zöhrə Abdullayeva Mətanət Əsədovanı ayağı ilə müqayisə etdi QALMAQAL

Azərbaycanın əməkdar artisti Zöhrə Abdullayeva həmkarı Mətanət Əsədovanı "ağ yuyub, qara sərib". Zöhrə xanım qarşı tərəfi ağılsız adlandırıb. Regional televiziyanın birində açıqlama verən xanım Abdullayeva hətta Mətanətə savadsız deyıb: "Mətanət müsahibələrinin birində deyib ki, mənim 70 yaşım var və hələ də əməkdar artistəm. Ancaq ona demək istəyirəm ki, mən buna da şükür edirəm. Sən mənim yaşıma çatanda heç o ada da layiq görülməyəcəksən. Mətanət müsahibəsində hələ o sözləri ilə kifayətlənməyərək mənə nənəsindən yaşlı olduğumu da dilə gətirib. Mən isə ona cavabında demək istəyirəm ki, 46 yaşının olmasına baxmayaraq yanaşı duranda o məndən kifir görünür. Yaşımın çox olması eyib deyil. Mənim oğlum, gəlinim, nəvələrim var. Onlarla fəxr edirəm. Onsuzda savadsız insanlara nə dəsən xeyri yoxdur. Məsləhət görərdim ki, bədii ədəbiyyat oxusunlar. Bunu da nəzərinizə çatdırım ki, adını çəkdiyim insan mənim evimdə aylarla qalıb. Ona ana olmuşam. O mənim övladımla yaşıddır. Mən Mətanətə heç bir pislik etməmişəm. Hərənin öz səviyyəsi var. Sözügedən xanımın nə keçmişi, nə də gələcəyi var. Ancaq danışanda elə danışır ki, sanki bundan başqası yoxdur. Onun haqqında çox şey danışa bilərəm. Ancaq lazım deyil, ayıbdır. Odur ki, ağlını başına yığsın və ağzının danışığını bilsin. Yoxsa, axırı yaxşı qurtarmaz. Onu da deyim ki, 70 yaşım olsa belə sevilib seçilən qadınam. Ona görə də, elə bir insan mənim haqqımda danışsın ki, heç olmasa ayağım səviyyədə olsun. Mətanət Əsədovanın çəkinəcəyi heç nə yoxdur. Çünki onun nə həyat yoldaşı, nə də ki övladı var. Ona görə də, ağzına gələni danışır. Aramızda gecə ilə gündüz qədər fərq var. Mən ona axırıncı dəfə xəbərdarlıq edirəm ki, özünü yığışdırsın. Əgər mənim haqqımda bir də xoşagəlməz sözlər desə, kəskin çıxış edib, sübutlarla qarşısına çıxacam".

Bütün xəbərlər Facebook səhifəmizdə