Rus dilli yumor ustalarının yeni şousu

Rus dilli yumor ustalarının yeni şousu

2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən ilk rus dilli komedik layihə olan " Comedy.az" yenidən start götürür. SİA-nın məlumatına görə, konsert oktyabrın 28-i "Jazz Center"də baş tutacaq .

Konsertdə Azərbaycanda rus dilli yumorun tanınmış simaları iştirak edəcəklər. Layihənin icraçı prodüsseri Ramiz Hüseynzadənin sözlərinə görə, həmin aktyorlar vaxtilə ölkəmizi beynəlxalq KVN yarışmalarında layiqincə təmsil edib.

Qeyd edək ki, konsertdə tanınmış simaların iştirakı da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə