Türkiyəli aktyor Tolga Karellə ötən il ailə həyatı quran azərbaycanlı model Günay Musayeva uzun fasilədən sonra yenidən podyuma çıxıb. SİA-ya açıqlama verən Günay bildirib ki, 4 ay bundan öncə ana olduğu üçün bədən ölçülərində yaranan qüsurları aradan qaldırıb və bundan sonra yenidən öz fəaliyyətinə davam edəcək: "28 kilo arıqladım. Özümü əvvəlli kimi rahat hiss edirəm. Model təbii olaraq gözəl bədən quruluşuna sahib olmalıdır. Mən artıq 25-ci "Best Model Turkey" yarışmasının jurnal çəkilişləri üçün modelyer Tolqa Çamın 2013-cü il kolleksiyası ilə fotosessiyaya çəkildim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB