Azərbaycan şou-biznesində yeni qalmaqal start götürür. Bu dəfə adət etdiyimiz kimi tanınmışlar deyil, məşhur olmağa çalışanlar savaş elan edib. Mələsə burasındadır ki, gənc müğənni Emil Məmmədov oxuduğu və ona kifayət qədər uğur gətirən mahnının halallığını almayıb. Bu haqda SİA-ya gənc şairə Aysel Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən müğənniyə etdiyi mahnı hədiyyəsi onun dili ilə desək "urvatsız" olub: "Emil 5 il idi efirdə yox idi. Sənətə yenidən dönəndən sonra ona yaradıclığının "vizit" kartına çevrilən mahnı hədiyyə etdim. "Sevgi nəyə deyirsən" adlı mahnının sözləri mənə musiqisi isə Elvin Abdullayevə məxsusdur. Mahnı çox sevilib. Amma bu insan heç yerdə mahnının sözlərinin mənə məxsus olduğunu demir. O, ancaq Elvin Abdullayevin adını çəkir. Bu məni çox əsəbləşdirir".
Aysel bildirir ki, bir neçə dəfə Emilə telefon açaraq etirazını bildirsə də müğənni bundan heç bir nəticə çıxartmayıb: "Ayıbdır, ayıb! Neçə dəfə zəng edib narazıçılığımı ifadə etmişəm. Emil isə uzun zaman efirlərə çıxmadığını və bu səbəbdən həyəcanlı olduğunu əlində bayraq edib. Mən başa düşürəm, çoxdandır canlı yayımda və çəkilişlərdə olmur, bu üzdən həyəcanlıdır. Amma bu həyəcan bir və ya iki dəfə ola bilər. Bu insan heç bir Kütləvi İnformasiya Vasitələrində mənim adımı çəkmir. O, kimlə oyun apardığını bilmir diyəsən. Mən ondan qonarar almadım. İndi o məndən hallalıq almaq əvəzinə belə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB