"Rəqs etməyi özümə borc bilirəm"

"Rəqs etməyi özümə borc bilirəm"

Azərbaycan estradasının tanınmış müğənnisi Emil Bədəlov oynamağından danışıb. SİA-ya açıqlama verən müğənni rəqs etməyi çox sevdiyini deyib: "Oynamağı çox sevirəm. İştirak etdiyim məclislərin əksəriyyətində rəqs etməyi özümə borc bilmişəm. Mənim fikrimcə, insan harda olmasına baxmayaraq hər şeydən zövq almağı bacarmalıdır. Onu da deyim ki, öz toyuma bir çox sənət dostlarım gəlmişdi. Toyuma dəvət etdiyim hər kəs yaxşıca oynadı".

Bütün xəbərlər Facebook səhifəmizdə