Brilliant Dadaşova: “Apar məni”

Azərbaycanın xalq artisti, məşhur müğənni Brilliant Dadaşovanın yaradıclığında yenilik var. SİA-nın məlumatına görə, xalq artisti növbəti dəfə klip çəkdirib. "Apar məni" adlı mahnıya çəkilən klip Türkiyədə lentə alınıb. Mahnının bəstəkarı Rüstəm Zeynallıdır. Musiqi lirik olsa da xanım Dadaşova həmişəki kimi çox əlvan görünür.

Onu da bildirək ki, klip artıq Türkiyənin Kral Tv kanalında yayımlanır.

Sənətkarın yeni klipini izləmək üçün təqdim etdiyimiz videoya daxil ola bilərsiz:

Bütün xəbərlər Facebook səhifəmizdə