Yeni mövsüm üçün çoxdan gözlənilən "Super kimdir"? adlı veriliş hazırlanıb. Artıq bir müddətdir ki, hələ efirə hazırlanan verilişin ətrafında söz-söhbətlər səngimək bilmir. Bəziləri mövzunun nə haqda olacağını tapmağa, digərləri isə artıq hazırlanmış materialların efirə getməsinə mane olmağa çalışır.
Lider Tv-də yayımlanacaq "Super kimdir?" verilişinin ərsəyə gətirən əsas adlar layihə haqda danışdı. Layihə rəhbəri və rejissoru Novruz Məmmədov SİA-ya bunları dedi: "Mən əminəm ki, bu veriliş Azərbaycan şou-biznesinin inkişafında az da olsa, təkan olacaq. Əslində, komanda olaraq elə məqsədimiz də budur. Çünki bu verilişə baxan tamaşaçılar maariflənərək kumirlərinə qarşı tələblərini artıracaq, yerli ulduzlar isə hər zaman rəqabət hiss edəcəklər. Çünki "Super kimdir?" verilişində şou nümayəndələrinin hər biri yarışaraq bu suala cavab olaraq öz adlarını görmək istəyəcəklər".
Novruz verilişin formatından da danışdı: "Belə formatda veriliş Azərbaycanda ilk dəfə olacaq. Yerli tamaşaçı hələ belə əlvan, templi və həyəcanlı, ən əsas isə dürüst veriliş görməyib. Əminəm ki, televiziyada ilk rejissor işim uğurla qarşılanacaq".
"Super kimdir?" verilişin redaktoru, kəsərli qələmi ilə tanınan Ülviyyə Alovlu da bizə bəzi sirləri açdı: "Veriliş yerli ulduzların qarşıdurması haqda olsa da, biz onları yarışdırmırıq, onlar özləri-özləri ilə yarışırlar. Tamaşaçılar isə həmin ulduzların bioqrafiyası, yaradıcılığı və şəxsi həyatında bir çox bağlı məqamları aşkar etmiş olacaq. Bu səbəbdən ya hamı bizə nifrət edəcək, ya da ki, hamı bizə baxacaq" – deyə, şairə-jurnalist gülümsəsə də həyəcanını gizlətmədi.
"Super kimdir?" verilişini bu həftədən etibarən hər həftənin çərşənbə axşamı, yəni artıq sabah, oktyabrın 9-u saat 22.15-də Lider tv-də izləyə bilərsiniz.
Verilişin anonsunu sizə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB