Gənc müğənni İlahə İbadovanın son vaxtlar imici dəyişib ki, bu da diqqətdən qaçmır. Sənətçi gah fotossesiyalarla diqqət çəkir, gah da özünü milli üslubda dəyişir. Bu dəfə də o, milliləşib. Özünə elə bir tərz seçib ki, tərəddüdsüz bəyəniləcəyinə əmindir.
Sənətçi SİA-ya bildirib ki, bu, milli üslubda hazırlanan layihəsinin bir hissəsini təşkil edir: "Xalq mahnıları üslubunda oxuyanların estrada ifaçıları qədər diqqət mərkəzində olmadığı bəllidir. Arzum budur ki, milliliyə müasir baxışdan yanaşım və bunu bütöv bir topluma sevdirim. İlk fotosessiyamız uğurlu oldu, ətrafdakılar bəyəndilər. Artıq insanlar məni həm müasir, həm də klassik tərzdə izləyə biləcəklər. Bu istiqamətdə telelayihələrin olacağı da istisna deyil. Başlanğıc uğurlu alındı, davamını da gözləyirik".
İlahə İbadova milli üslubun nəniki xalq ifaçılarına, estrada oxuyanlara da çox yaraşacağına əminliyindən danışdı: "Geyimdə məhdudiyyət yoxdur. Bu cür layihələr başqa həmkarlarımın da diqqətini çəksə, sevinərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB