Anar Ağakişiyev: Q@Hər zamankı kimi Aygün xanımla yenə bir yerdəyik@
Azərbaycan estradasının tanınmış stilisti Anar Ağakişiyev işlədiyi müğənnilərin adlarını açıqlayıb. Stilist işlə yanaşı dostluq etdiyi müğənninin adını da deyib. SİA-ya açıqlama verən Anar bunları deyib: "Şou-biznesin bir çox nümayəndələri ilə iş birliyim var. Adlarını sadalamaqla bitməz. Bir neçə gün öncə müğənni Roza Zərgərli ilə iş birliyim oldu. Ancaq onu da deyim ki, işlə yanaşı yaxından dostluq etdiyim müğənni də var. Söhbət xalq artisti Aygün Kazımovadan gedir. Hər zamankı kimi Aygün xanımla yenə bir yerdəyik və biz onunla yaxın dostuq. Yəni ki, müğənni stilist kimi münasibətlərimiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB