"Məni özümdən çıxarırlar"

Azərbaycan estradasının tanınmış müğənnisi Günel Ələkbərova qalmaqallardan danışıb. Müğənni bu gündən etibarən daha heç kimin bostanına daş atmayacağını deyib. SİA-ya açıqlama verən Günel bunları deyib: "Təəssüflənirəm ki, adım bir çox qalmaqallarda hallanıb. Ancaq inanın ki, heç vaxt qalmaqal yaratmaq istəməmişəm. Sadəcə olaraq gərəksiz insanlar bostanıma davamlı daş ataraq məni özümdən çıxarıblar. Ona görə də cavablarını vermək məcburiyyətində qalmışam. Ancaq özümə söz vermişəm ki, daha heç kimə fikri verməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə