Bu gün yerli informasiya saytlarında tanınmış estrada müğənnisi Samir Bağırovun intihar etməsi haqda xəbər yayılıb. Məsələ ilə bağlı müğənninin stilisti və prodüsseri Samir Əliyev SİA-ya açıqlama verərək xəbəri təkzib edib: "Mən anlamıram ki, bu sözlər hardan qaynaqlanır? Çünki Samirlə gecə saat 3-dən səhərə kimi telefonla danışmışıq. O özünü yaxşı hiss edirdi və heç bir intihar haqda söhbət gedə bilməz".
Stilist müğənninin dərin depresiyaya düşdüyünü desə də, bunun intiharla nəticələnəcəyinə inanmır: "Düzdür, Samir yaradıcılığında baş verən problemlərlə bağlı çox pis olmuşdu və depresiyaya düşmüşdü. O, bir az həssas adamdır və tez-tez depresiyaya düşür. Bunun intiharla heç bir əlaqəsi yoxdur".
Stilistin sözlərini müğənni özü də təsdiq etdi. Bir neçə zəngimizi cavabsız qoyan Bağırov sonda dəstəyi açaraq bu sözləri dedi: "Camaat dəli olub? Nə intihar? Mən evimdəyəm və çox yaxşıyam. Bunlar hamısı sadəcə xoşagəlməz şayiələrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB