Tanınmış teleaparıcı Günay Firuddinqızı Azərbaycanın gözəl guşələrindən biri olan Şəkiyə yollanıb. Günayın SİA-ya verdiyi məlumata görə, onun gedişinin əsas məqsədi Şəkinin yaranmasının 2700 illiyi ilə əlaqədar bayram tədbirlərində iştirak etməkdir.
Tədbir çərçivəsində kitab sərgisi keçirilib və Mirzə Fətəli Axundzadənin ev muzeyinin açılış mərasimi baş tutub. Teleaparıcı uşaqlıqdan vurğunu olduğu drammaturqu bir daha kəşf edərək daha çox sevib: "Tədbirlər çərçivəsində həmçinin Türkiyənin "Anadolu atəşi" rəqs qrupunun da konserti keçirilib. Bununla yanaşı mən Qazaxıstandan təşrif buyuran mədəniyyət və incəsənət nümayəndələri ilə də tanış oldum. Ən maraqlısı isə turislər idi. Baxmayaraq ki, turizm mövsümü bitib amma onlar yenə də Şəkiyə axın etmişdilər. Mən hətta öz dəvətnaməmi biletsiz qalan turistə verdim. Bir də Şəkinin tarixi abidələrini qarış-qarış gəzdim. Əcnəbilərin tariximizə marağı məni heyran etdi".
Teleaparıcının Şəkidə lentə alınan ən maraqlı fotolarını təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB