Azərbaycanlı xanəndə Elnarə Abdullayeva konsert vermək eşqinə düşüb. Elnarə xanımın özü konsert vermək istəsə də çox az hallarda konsertlərə getmədiyini deyib.
SİA-ya açıqlam verən Elnarə Abdullayeva bunları deyib: "Konsert keçirtmək haqqında çox fikirləşirəm. Qeyri-adi konsert vermək istəyirəm. Əgər konsert verməli olsam bu mənim ilk konsertim olacaq. Ancaq onu da deyim ki, hər zaman düşünmüşəm ki, məni sevən tamaşaçılar biletlərə verdikləri pullarla özlərinə nəsə edə bilərlər. Yəni ki, xalqıma qıymıram. Onu da qeyd edim ki, konsertlərə gedən deyiləm. Həmkarlarımdan ancaq Firuzun və Alim Qasımovun konsertlərində olmuşam. Xarici müğənnilərdən isə heç birinin konsertinə getməmişəm. Getməməyimə səbəb vaxtım olmayıb və yaxud da Azərbaycanda olmamışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB