Türkiyənin tanınmış aktrisası Irmak Ünal atası, aktyor Cihan Ünalla barışmaq istədiyini verilişlərin birində elan edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2 il bundan öncə atası ilə dalaşmışdı. Elə buna görə də atası qızının toyuna gəlməmişdi.
Məşhur aktyorun qızı efir vasitəsilə ilə atasına səslənərək onun üçün darıxdığını deyib: "Atam mənimlə danışmadığı üçün onun haqqında heç nə deyə bilmirəm. Amma onu anlayıram. Nələr yaşadığını, mənimlə əlaqədar nə etməyə çalışdığını bilirəm. Atamı quşlar kimi sərbəst buraxıram".
Qeyd edək ki, ata-qızı barışdırmaq üçün məhşur müğənni Türkan Şoray da cəhd etmişdi. Ancaq onları barışdıra bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB