Tarkan: "Hər zaman onun yolunu gözləyirəm"

Tarkan: "Hər zaman onun yolunu gözləyirəm"

Uzun müddətlik səssizliyini pozan Türkiyənin meqastarı Tarkan evlilik haqqında danışıb. SİA-nın məlumatına görə, müğənni dərgilərdən birinə verdiyi müsahibəsində evlilik haqqında fikirlərini bildirib.

"Adət etdiyimiz və xoşbəxt olmayan sonluqla nəticələnən evlilik münasibətərinə elə də yaxşı baxmıram. Buna baxmayaraq ruh əkizimlə qarşılaşsam hər şey dəyişə bilər. Daxilimdə hər zaman onun yolunu gözləyirəm",- deyə Tarkan əlavə edib.

Səhnədə bəzən sərbəst, dəli-dolu, azadlığı çox sevən insan olduğunu deyən Tarkan təbiətindən danışıb: "Bu mənim təbiətimdədir. Uşaqlıqda da belə çılğın idim, bundan sonra da belə olacağam".

Evliliyə elə də isti yanaşmadığını deyən meqastar onu da vurğulayıb ki, əsl sevgi qarşılıqsız, oyunsuz və düzgün olmalıdır: "Təbii ki, istisnalar da var. Sevgidən ümidimi kəsməməyimə səbəb də bu istisnalardır. Bu həyatdır, sabah nə olacağını bilmirəm. Yetər ki əsl sevgi olsun, iki qəlb bir olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə