“Oxuyanda adımı da unuduram”

Şou-biznesə iddialı adımlarla gələn müğənni Günay İbrahimli səhnəyə çıxdığın zaman ətrafda nə varsa unudur. Əlinə mikrafon alıb oxumağa başlayan zaman mahnıya adını unudacaq qədər alüdə olan Günay SİA-ya bu açıqlamanı verdi: "Mən hər zaman demişəm ki, mənim üçün əsas sənətdir. Səhnəyə çıxdığım zaman oxumaqdan və mahnıdan başqa heç nə düşünmürəm. Bəlkə də həmin an öz adımı belə xatırlamıram. Elə gözlərimi yumub, mahnımı yaxşı oxumağa çalışıram. İfam bitəndən sonra isə özümə qayıdıram. Mən tamaşaçının qarşısına çıxıramsa, demək ki, onlara nümayiş edəcək ifamdan başqa heç nə düşünmürəm".

Mahnının sehrinə alüdə olan Günay İbrahimlini təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə