“Məhkumlar”ı siz də tanıyın

Azərbaycanda bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verən serialın çəkilişlərinə başlanılıb. Yaxın günlərdə ekranlara çıxacaq "Məhkumlar" tamaşaçılarda maraq oyadacaq. SİA-nın məlumatına görə, teleserialın rejissoru və baş prodüsseri Yaşar Əhmədov ssenari müəllifi isə Vüsal Nurudur.

Serialda cəmiyyətdə baş verən sosial problemlər, ailədaxili zorakılıq, erkən nikahlar, yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi məsələlər nümayiş olunacaq.

Serialda baş rolda Avstriyadan ölkəmizə dəvət olunan aktyor İlkin İbayev çəkilib.

Ilk dəfə Azərbaycanda çəkilən teleserialın internet portalı (www.mahkumlar.az) fəaliyyətə başlayıb.

Qeyd edək ki, "Məhkumlar" sabahdan etibarən həftə içi hər gün saat 19:30-da ATV telekanalının efirində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə