Natəvan Həbibi gecə yarısı avtobus dayanacağında

Azərbaycan estradasının məşhur simalarından olan Natəvan Həbibi yeni klip çəkdirib. SİA-nın məlumatına görə, müğənni "Damlalar" adlı mahnısına ekran həyatı verib.

Natiq Zeynalovun rejissorluğu ilə çəkilən klipdə müğənni gecənin bir aləmi paytaxt küçələrində gəzişib. Buzovna yolunda avtobus dayanacağında belə əyləşən Natəvan bütün komplekslərini kənara qoyub.

Müğənninin imici üzərində stilist Pərviz çalışıb. Onu da bildirək ki, "Damlalar" adlı mahnının söz və musiqisi tanınmış bəstəkar-aparıcı Murad Arifə məxsusdur.

Klipin çəkilişləri zamanı lenta alınan həvəskar fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə