Tanınmış teleaparıcı müğənniləri günahlandırdı

Azərbaycanın tanınmış teleaparıcısı Kamran Həsənli sənət göstərən ifaçıların sayının az olduğunu deyib. O, şou-biznes nümayəndələrinin başlarının ancaq toylara qarışdıqlarını iddia edib. SİA-ya açıqlama verən Kamran bunları deyib: "Şou-biznesdə sənət göstərən və yaradıcılığı ilə fərqlənən müğənnilər çox azdır. Müğənnilərimiz ancaq toy fikirləşirlər ki, çoxlu pul qazansınlar. Maddi durumu yaxşı olan ifaçılar ancaq toylardan qazanır. Hansı ifaçının toyu çoxdursa, demək onun pulu var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...