Rihannanın konsertinə necə düşmək olar?

Dünya şöhrətli R&B ifaçısı Rihannanın Bakı konsertinin biletlərinin tanıtım satışı davam edir. SİA-nın məlumatına görə, oktyabrın 6-da Bakının Kristal Zalında keçiriləcək konsert proqramını izləmək istəyənlər biletləri paytaxt kassalarından əldə edə bilərlər.

Onu da bildirək ki, "Omnikoma Music Grup"un təşkilatçılığı ilə keçiriləcək konsert proqramının biletləri həmçinin Bayraq Meydanındakı satış məntəqəsindən və www.omnikomo.com saytından onlayn satışla əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə