Elariz həmkarlarını nədə ittiham etdi ?

Azərbaycan estradasının tanınmış müğənnisi Elariz Məmmədoğlu həmkarlarının qazandığı pullardan danışıb. Elariz bəy, hətta müğənnilərin konsert verməkdən qaçdıqlarının səbəblərini də açıqlayıb.

SİA-ya açıqlama verən Məmmədoğlu bunları deyib: "Şou-biznes nümayəndələri ancaq toylardan pul qazanırlar. Ona görə də onlar konsert verməkdən çox toylara getməyi üstün tuturlar. Çünki konsert keçirdən ifaçıların əksəriyyəti ziyana düşür. Elə ona görə də hazırda konsert verən müğənnilərin sayı çox azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə