Azərbaycanlı müğənni kimin vurğunudur?

Oktyabr ayında şöhrətli sənətkar, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın 90 illiyidir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə sərəncam imzalayıb. Azərbaycanda xalq artistinin 90 ilik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Azərbaycanın əməkdar artisti Azərin də Şövkət Ələkbərovanın 90 ilik yubileyi münasibətilə Türkiyədə, aparıcılıq etdiyi kanalda xalq artistinin repertuarında olan mahnıları silsilə şəkildə ifa etməyə başlayıb. Azərin bizimlə söhbətində bildirdi ki, TRT Avaz telekanalında yayımlanan "Azərinlə bir avaz" proqramında bir neçə həftədir ki, məhz Şövkət Ələkbərovanın repertuarında olan mahnıları türdilli dövlətlərin tamaşaçıları üçün ifa edir. Sənətçimiz verilişlərindən birində Şövkət Ələkbərovanın repertuarında məhşurlaşan "Gedək üzü küləyə" mahnısını ifa etmişdi. Növbəti həftədə əməkdar artistimiz korifey sənətçinin repertuarından olan "Bir xumar baxışla" mahnısına müraciət edib. Azərinin ifasında səslənən bu klassik musiqi parçası böyük maraqla dinlənilib. Türk tamaşaçıları Azərinin ifasına alqışlarla reaksiya veriblər. Azərbaycanın xalq artisti, korifey sənətkarımız Şövkət Ələkbərovanın ifasında məhşurlaşan klassik musiqilərə ikinci həyat verən Azərin xanım eyni zamanda ifa etdiyi əsərlər barədə məlumatlar verməyi, Azərbaycan musiqisini təbliğ etməyi də unutmur.

Qeyd edək ki, əməkdar artistin qonaqları hər dəfə ayrı-ayrı ölkələrin sənətçiləri olur. Başqa dövlətlərin sənət adamlarına Azərbaycan musiqisi, sənətkarları barədə məlumat vermək, mədəniyyətimizi layiqli və yüksək səviyyədə təbliğ etmək missiyasını üzərinə götürən Azərinin son günlər məhz Şövkət Ələkbərovanın musiqilərinə müraciət etməsi də təsadüfi deyil. Azərin Şövkət Ələkbərovanın repertuarında səslənən mahnıları ifa etməklə, əslində həm də bu musiqiləri yenidən gündəmə gətirir və onlara ikinci həyat verir. Azərinin ifasında bu musiqilər Azərbaycan sərhədlərindən kənara çıxır, daha böyük tamaşaçı auditoriyasına milli, klassik musiqilərimiz təqdim olunur. Azərinin sahəsində, Şövkət Ələkbərovanın 90 illik yubileyi həm də Türk telekanalında da qeyd olunmuş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...