Azərbaycanlı klipmekir yoxa çıxıb?

Azərbaycanın tanınmış klipmekiri Aqil M Quliyev bu aralar efirlərdə az görsənməyinin səbəblərini açıqlayıb. SİA-ya açıqlama verən Aqil bunları deyib: "Başım işlərimə qarışıb. Bütün günü çəkiliş meydançalarındayam. Eyni zamanda da yeni ofisə köçmüşəm. Ona görə də efirlərə tez-tez çıxmağa vaxtım olmur".

Qeyd edək ki, bir müddət öncə rejissor Aqil M Quliyevin adı bəzi müğənnilərlə qalmaqallarda hallanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə