16 kiloqram arıqlayan azərbaycanlı müğənni

Azərbaycanlı müğənni Gülay Qədirova arıqlayıb. Bu barədə müğənni yerli telekanalların birində danışıb. O, ana olduqdan sonra 72 kiloqram olduğunu deyib: "Övladım dünyaya gəldikdən sonra kökəlmişdim. 72 kiloqram idim. Ancaq hazırda həyat yoldaşım Kamilin sayəsində 56 kiloqramam".

Gülay yaradıcılıq işlərindən də söz açıb: " Ceyhun Əliyevin sözlərinə aid olan "Nigaranam" adlı mahnım işiq üzü görəcək. Ancaq adıçəkilən musiqiyə klip çəkdirmək fikrim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə