Müğənni-bəstəkar “Sığortasız sevgi”dən danışdı

"İfaçılıq bəstəkar kimi fəaliyyətimi azaltmayacaq. Çünki hər bir müğənninin səsinə uyğun mahnı yazıram. Yalnız öz səsim üçün məsləhət bildiyim bəstələrimi ifa edəcəm"- bunu SİA-ya açıqlamasında istedadlı bəstəkar Pərviz Mahmudov deyib. O, bir neçə gündür radio dalğalarında səslənən və maraqla qarşılanan "Sığortasız sevgi" adlı mahnı haqqında fikirlərini bölüşüb. Lirik notlar üzərində yazılan "Sığortasız sevgi " adından da məlum olduğu kimi şübhəli eşqdən bəhs edir. Mahnının bəstəsi müğənnin özünə, sözləri Leyli aranjemanı isə Hakan Erola məxsusdur.

P.Mahmudov yalnız mahnıları və səsinin tanınmasına çalışacağını əlavə edib: "Bu, dostlarım Leyli və Hakan tərəfindən mənə bir hədiyyədir. Sadəcə studiyaya girdim və oxudum. Bəstəkarlar adətən pərdəarxasında qalır, onların yalnız imzaları səslənir. Dəqiq bilirəm ki, bəstəkarlığım kimi, ifaçılığım çox olmayacaq. Yalnız imzam və səsimlə maraq dairəsində olmaq istəyirəm".

Pərviz başqa müəlliflərin onun ürəyinə və ruhuna yaxın mahnıları olarsa böyük məmnuniyyətlə ifa edəcəyini də vurğuladı.

"Sığortasız sevgi " mahnısını SİA oxucularına təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...