Azərbaycan estradasının tanınmış müğənnisi Elçin Hüseynov telekanalların birində özünü tərif atəşinə tutub. O, şou-biznes aləmində olmasına baxmayaraq özünü orda görmədiyini deyib: "Şou-biznes nümayəndəsi ola bilərəm. Ancaq bəzi şeylər var ki, onlar mənim xasiyyətimə uyğun deyil".

Elçin Hüseynov yaradıcılıq işlərindən də söz açıb: "Yeni işiq üzü görən "Elə bildim" mahnısını həmkarım Röya ilə duet oxumaq istəyirəm. Bəzi insanlar fikirləşəcəklər ki, yəqin Röyayla özümü reklam etmək istəyirəm. Ancaq bu əsla belə deyil".

Müğənni hətta büdcəsindən də danışıb. O, zarafatyana kasıb olduğunu deyib: "Mən çox kasıbam. Mənim nəyim var ki"?

Bütün xəbərlər Facebook səhifəmizdə