Azərbaycanın tanınmış müğənnisi Rüfət Axundov və Mətanət Əsədova məclislərin birində birgə göründülər. SİA-nın fotokamerasına tuş gələn məşhurlar gizlincə pıçıldaşırdılar. Biri-birinin qulağına danışan Rüfət və Mətanət bütün vəchlə danışdıqlarını kənardakılardan gizlətməyə çalışırdılar.
Rüfət nə qədər ciddi təəssürat yaratmaq istəsə də, Mətanət qəhqəhə ilə gülərək onu ələ verirdi. Xanım müğənninin əyləşdiyi masadan uzaqlaşmaq bilməyən Rüfət söhbəti uzatmağa çalışırdı.
Sonda danışıqlarını bitirən simalarda nə haqda pıçıldaşdıqlarını öyrənmək istəsək də, bu cəhdimiz nəticəsiz qaldı. Çünki müğənnilərin verdiyi açıqlama bir cümləni əhatə etdi: "Bu, böyük bir sirdir".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB