Tanınmış teleaparıcının səsi hardan gələcək?

Tanınmış teleaparıcının səsi hardan gələcək?

Azərbaycanın tanınmış teleaparıcısı Emin Musəvi yeni vəzifəyə təyin olunub. SİA-nın verdiyi xəbərə görə, Emin bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsində çalışacaq.

Qeyd edək ki, E.Musəvi əvvəllər "Space" Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə "Azad Azərbaycan" Teleşirkətinin ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də "Rəsmilər qeyri-rəsmi", "22-ci saat" kimi verilişlərin müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə