İslam dininə nifrət edən Bricit Bardo
Gözəl aktirisanın çirkin həyatı

Bu gündən etibarən SİA hər həftənin cümə günü oxucularına dünyanın məşhur simalarının həyatından xəbər verəcək. Həyatından bəhs etmək istədiyimiz ilk məşhur isə fransalı aktrisa, müğənni və model Bricit Bardo (Brigitte Anne-Marie Bardot) oldu. Dünya şöhrətli aktrisa 28 sentyabr 1934-cü ildə dünyaya göz açıb.

Məktəb illərindən nümunəli şağirdlərdən olan Bricit gözündə problemlər yaşayır. Aktrisanın bir gözü demək olar ki, görmür. Bardo uşaqlıq illərində eybəcər qızcığaz olub. Dişlərində dəmir, əynində isə dəblə ayaqlaşmayan geyimlər olan Bardo ürəyinin dərinliyində həmyaşıdlarına paxıllıq edirdi. Ancaq bir gün qızcığaz balet məktəbinə yazılır. Bütün cəsarətini toplayaraq qısa müddətdə xarici görünüşündə dəyişiklik edən Bricit tezliklə kişilərin sevimlisinə çevrilir.

Bir gün fala baxan qaraçı qadın aktirasının atası Luiyə yaxınlaşıb yaxın zamanda onun soyadının dünyaya məşhur olacağını deyir. Kişinin ağlına belə gəlmir ki, bu məşhurluğu ona kişilərin arzusu olan qızı Bardo yaşadacaq. Cəsarətli geyimləri ilə ətrafdakıların diqqətini çəkən Bricitə olan sevgi etirafları hər gün bir az da çoxalır. Beləliklə, aktira modellik fəaliyyətinə başlayır. Olduqca istedadlı olan Bardo özünü filmdə tapır. Aktrisa ilk dəfə filmə 1952-ci ildə çəkilir. 1956-cı ildə isə çəkildiyi "Və Allah qadını yaratdı" filmi ilə dünyaya səs salır.

Bardo 1950-ci illərdə Amerikanın Merlin Manrosu kimi Avropanın seks-simvolu hesab olunur. O, 21 illik karyerında 50-yə yaxın filmdə rol alır, 80-dən çox mahnı yazdırıb və ən prestijli şoularda iştirak edir.

1973-cü ildə kino karyerasına son qoyan aktrisa heyvanların müdafiyəsinə başlayır. 1990-cı ildən isə Bardo Fransada İslama qarşı çıxışlarda görünür. İslam dininə bəslədiyi nifrətini gizlətməyən aktrisa homoseksuallığa qarşı da sərt mövqedə çıxış edir. İslam dininə olan nifrətinə görə Bricit haqda həbs qərarı çıxır. Amma bu, o qədər də uzun çəkmir.

2010-cu ildə müğənni B.B brendini təqdim edir. Lancel modalar evi ilə birgə hazırladığı brend onun həyatından, istifadə etdiyi ətirlərdən və bədən ölçülərindən xəbər verir. Aktrisa ən çox çanta buraxılışı ilə məşğul olur.

Bardonun yaradıcılığı ilə yaxından tanış olanlar bilir ki, onun çox iti baxışları var. Gözlərində sanki niftər gizlədən aktirasa bütün şəkillərində dodaqlarını açıb, gözlərini böyütməyə çalışır.

Bu cür uğurlu aktrisanın şəxsi həyatı ürəyi istədiyi kimi nəticələnmir. Gözəl xarici görüşə malik Bardo çirkin həyat tərzinə atılır. 3 dəfə ərdə olan aktira 4-cü nigahını qurmadan öncə özünü öldürmək qərarına gəlir. Lakin bunu etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə