“Yoxa çıxmış” aparıcı tapıldı

“Yoxa çıxmış” aparıcı tapıldı

Bu həftə yerli informasiya saytlarında Lider TV-də yayımlanan "Rənagərən" verilişinin aparıcısı Zaur Nəbioğlunun verilişdən uzaqlaşması xəbəri dolaşıb. Verilişin sonuncu qonağı olan müğənni Natəvan Həbibinin "Rəngarəng"i tək idarə etməsi haqda yayılan xəbər tamaşaçıları təəccübləndirib. Hər kəsi eyni sual maraqlandırır, görəsən, Zaurun təqdimatında izləməyə alışdığımız verilişi bundan sonra Natəvan aparacaq? Amma rejissor Aynurə Tahirqızının ərsəyə gətirdiyi verilişin aparıcısı Zaur Nəbioğlu üzə çıxdı. Onun verişin çəkiliş zamanı Həbibi ilə birgə çəkdirdiyi fotolar yayılıb.

SİA-ya açıqlama verən teleaparıcı nə baş verdiyini deməyib, yenə də tamaşaçıları intizarda saxladı: ""Rəngarəng" sevənlər efirimizi izləyib nə baş verdiyini görə bilərlər".

Onu da bildirək ki, verilişdə bu həftə xalq artisti İlhamə Quliyeva, əməkdar artist İlqar Muradov, bəstəkar Vaqif Gərəyzadə, Hacı Nazim Məmmədov və digərləri Natəvanın qonağı olub.

Xatırladaq ki, verilişin sözügedən buraxılışını izləmək üçün bu gün saat 21:00-da Lider TV-nin efirini qaçırmayın. Verilişin təkrarır şənbə günü saat 14:30-da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə