Emre Aydının Bakı konsertinin biletlərinin qiyməti açıqlandı
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Emre Aydının 17 noyabr tarixində paytaxtımızda konsert proqramı ilə çıxış etməsi gözlənilir. SİA-nın məlumatına görə, təşkilatçı Əli Hüseynovun əməyi nəticəsində baş tutacaq konsertin Buta Palacedə keçirilməsi planlaşdırılır.
Emrenin Bakı səhnəsində tək deyil, məşhur azərbaycanlı müğənni Sevda Yahyayeva ilə çıxış etməsi gözlənilir.
Onu da bildirək ki, konsertin bilətləri 5 oktyabrdan paytaxtın bir çox satış nöqtələrində olacaq. Bilətlərin qiyməti 40-60 manat arası VİP yerlər isə 150 manat olacaq.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyidir (Sia.az).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB