Azərbaycanın xalq artisti İlhamə Quliyevadan sonra Afaq Bəşirqızı da ürək-damar xəstəliyindən xəstəxanaya yerləşdirilib. Maraqlı fakt budur ki, hər iki sənətçi "İmza:mən" proqramında iştirak etdikdən sonra verilişlər efirdə yayımlanan gün xəstəxanada əməliyyat olunub.
Bu hal sənətçilər arasında çaşqınlıq yaradıb. Yayılan şayiələrə görə, müğənnilər verilişdə iştirakdan imtina edirlər. Layihənin rəhbəri və aparıcısı Səxavət Nur SİA-ya açıqlamasında uğursuz təsadüflərə aydınlıq gətirib: "Əlbəttə ki, bu sadəcə təsadüfdür. Hər iki sənətkarımızla verilişimiz çox səmimi anlar ve pozitiv məqamlarla yadımda qalıb. Həm İlhamə xanım, həm Afaq Bəşirqızı verilişimizdən razı gediblər. Onları sevən hər bir insan kimi mən də onların səhhətindəki problemə görə çox pis olmuşdum. Amma şükürlər olsun ki hər şey yaxşıdır. Başqa cür ola da bilməzdi, çünki onları sevən milyonların duası onlarladır. Amma ümid edirəm ki, bu halı bizim verilişin abu-havası ilə əlaqələndirib "İmza:mən"ə gəlməkdən imtina edən sənətçilərimiz olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB