Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya aparılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Qaziosmanpaşa rayonu "Şəfəq" xəstəxanasına çatdırılan Ersoyu məşhur müğənni Zerrin Özer de müşayiət edib. Müalicə olunan B. Ersoy sənət dostu ilə oradan ayrılıb.
Qeyd edək ki, Bülent Ersoyun xəstəxanaya gəlməsinin səbəbi kosert zamanı ayağına şüşə qırıntısının batması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB