Səbinə Babayevanın toyu belə keçdi

"Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın İctimai televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovla toyu olub. SİA-nın verdiyi xəbərə görə, toy mərasimində şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilərdən Nura Suri, Elnur Məmmədov, Rüstəm (Şeron), Elnarə, Lalə Məmmədova, bəstəkar Murad Arif, rəqqasə Məryəm Süleymanova və başqaları olub.

Qeyd edək ki, tədbiri Ülvi Cəfərovun rəhbəri olduğu "Şeron" qrupu idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə