Müğənnimiz Türkiyədə fırtına qoparacaq

Müğənnimiz Türkiyədə fırtına qoparacaq

Azərbaycanın əməkdar artisti Azərin bu həftə də Türkiyədə ifası ilə fırtına qoparacaq. Məlumdur ki, müğənni Türkiyənin TRT Avaz telekanalında maraqlı verilişlərdən birinə aparıcılıq edir. SİA-nın məlumatına görə, "Azərinlə bir avaz" verilişində bu dəfə də müğənninin maraqlı qonaqları olacaq. Sənətçimizin ev sahibi olduğu verilişdə bu dəfə Makedoniyadan Elana Petreska və Karadağdan Nina Zizis qonaq qismində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan sənətçisi müəllifi olduğu proqramda Türk dövlətlərinin ortaq mədəniyyəti, musiqisi, incəsənət və ədəbiyyatı barədə maraqlı məlumatlar verir. Ən önəmlisi isə odur ki, Türkiyə telekanalında yayımlanan verilişdə Azərin Azərbaycan mədəniyyətini, musiqisini yetərincə təbliğ etməyə çalışır.

Qardaş ölkədə yayımlanan proqram vasitəsi ilə Azərbaycan mədəniyyətini təbliğ etmək əslində sənətçidə ikiqat məsuliyyət hissi yaradır. Çünki böyük tamaşaçı kütləsinin izlədiyi verilişdə Azərbaycanı bu qədər mükəmməl təbliğ etmək aparıcıdan həm geniş bilgi, eyni zamanda intellekt səviyyyəsi və savad tələb edir ki, Azərin bu missiyasının öhtəsindən layiqli şəkildə gələ bilir.

Bəzi sənətçilər kimi, "mən xarici ölkədə konsert verirəm" deyənlərdən fərqli olaraq isə Azərinin işi, mədəniyyətimizə xidməti göz qabağındadır. Başqa bir ölkədə, hər həftə canlı yayım vasitəsi ilə təqdim olunan verilişdə Azərbaycan adının çəkilməsi, musiqilərimizin səslənməsi təbliğatın ən diplomatik və ideal forması sayıla bilər.

Diqqət çəkən və əslində önəmli məqamlardan biri isə odur ki, Türkdilli dövlətlərin ortaq mədəniyytindən bəhs edən verilişdə Azərin klassik Azərbaycan musiqilərini ifa etməklə bir daha musiqimizin nə qədər zəngin olduğunu sübut etmiş olur.

Xatırladaq ki, hər dəfə olduğu kimi bu həftənin çərşənbə günü də tamaşaçılar internet vasitəsi ilə fikirlərini, istək və təkliflərini Azərbaycanın əmkdar artistinə ünvanlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə