Xanəndənin səhhəti pisləşdi

Azərbaycanlı xanəndə Elnarə Abdullayevanın səhhəti yenidən pisləşib. Bu barədə SİA-ya eksklüziv açıqlamasında muğam ifaçısının özü məlumat verib: "Bir müddət öncə həyat yoldaşımla birgə avtomobil qəzasına düşmüşdük. Hətta bədən üzvlərim belə əzilmişdi. Hadisədən bir müddət keçməsinə baxmayaraq özümü yenə narahat hiss etdim. Elə buna görə də bu gün həkimə getməli oldum. Həkim də mənə dərman verdi. Ancaq indi yaxşıyam. Onu da deyim ki, səhhətimlə əlaqədar olaraq uzaq yerlərə səfər edə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə