Xatirə İslama canlı oxumağı qadağan ediblər

Xatirə İslama canlı oxumağı qadağan ediblər

Məşhur müğənni Xatirə İslam yaradıcılığında yaranan fasilədən sonra yenidən səhnəyə qayıtdı. SİA-nın məlumatına görə, müğənni bunu yerli telekanalların birində iştirak ədərkən deyib.

Müğənninin sözlərinə görə, həkim ona oxumağı məsləhət görmür: "Sənətim üçün çox darıxmışam. Uzun zamandır səhhətimlə əlaqədər səhnəyə və efirlərə çıxa bilmirəm. Həkim mənə canlı oxumağa çox icazə vermir. Deyir ki, bu, mənim sağlamlığım üçün ziyandır. Ancaq mən öz sənətimi o qədər çox sevirəm ki, oxumasam yaşaya bilmərəm. Mən mahnı oxuyanda əhval-ruhiyyəm belə yüksəlir. Mən özümü pis hiss etsəm belə, yenə də oxuyacam".

Xatırladaq ki, yenicə ailə quran müğənni ana olmağa hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə