Azərbaycanın əməkdar artisti İlqar Muradov müğənni Nura Suriyə münasibətindən söz açıb. Məclislərin birində fotokameramıza birgə tuş gələn simalar olduqca mehriban görünürdülər. Nura Surini görüb, onu tərif atəşinə tutan İlqar Muradov bu sözləri dedi: "Nura dünyanın ən gözəl xanımıdır. Mən bunu Nura xanımı görüb demirəm. O, həqiqətən çox gözəldir. Fəxr edirəm ki, bizim belə gözəl müğənni xanımlarımız var" -deyən əməkdar artist kübarlıq nümayiş etdirib, Nuranın əlindən də öpdü.
Nura da öz növbəsində İlqar Muradov haqda yüksək fikirlərini söylədi: "Bir daha əmin oldum ki, İlqar bəy centlimendir. O, bunu hər qarşılaşmamızda nümayiş etdirir. Mənə qarşı olan münasibətinə görə, ona çox minnətdaram".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB