Azərbaycanlı müğənni rusiyalı ifaçıyla konsert verəcək

Azərbaycanlı müğənni rusiyalı ifaçıyla konsert verəcək

Azərbaycanda və Rusiyada çox sevilən müğənni Eldar Dalqatov Bakıda konsert proqramı ilə çıxış edəcək. Onunla eyni səhnəni gənc ifaçı Sevinc Ağaşirinova paylaşacaq. Elə konsert haqda məlumatı da SİA-ya Sevincin özü verib: "Noyabr ayının 3-ü məhşur müğənni Eldar Dalqatovla eyni səhnəni paylaşacam. Məni onunla bir səhnəni bölüşməyə dəvəti etdilər və məndə böyük məmnuniyyətlə qəbul etdim".

Xatırladaq ki, müğənni Sevinc Ağaşirinova noyabrın 3-də baş tutacaq konsertdən öncə də Eldar Dalqatovla Nabranda birgə konsert vermişdi. Hətta cütlük birlikdə duet də oxumuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə