Dünən Azərbaycan şou-biznesində toy-toya qarışdı. SİA xəbər verir ki, xalq artisti Nazpəri Dostəliyevanın oğlu ilə yanaşı, gənc bəstəkar Rövşən İlknuri də subaylıqla vidalaşdı. Şəhər restoranlarının birində toy edən Rövşən sevib-seçdiyi Tamilla adlı qızla rəsmi nigaha girdi.
Rövşənin toyuna əksər şou-biznes nümayəndələri toplaşmışdı. Müğənnilər Emin Bədəlov, Bahar Lətifqızı, Xatun, teleapaırıclar Zaur Nəbioğlu, Zabir Əliyev, Murad Əzimzadə, Novruz, aktyor-rejissor Sərxan Kərəmoğlu, "Rəngarəng" verilişinin rejissoru Aynurə Səmədova və digər şou nümayəndələri qonaqlar arasında idi.
Dəvətlilər sırasında olan Zaur Nəbioğlu gecəyə rəng qatdı. O, müğənni Xatunu səhnəyə dəvət edib onun parodiya etmək bacarığını üzə çıxartdı. Elə gecənin ən maraqlı anlarından biri də Xatunun həmkarlarını parodiya etməsi oldu. O, məşhur müğənnilər Niyam Səlami və Xumar Qədimovanın ifa tərzini Almaz Ələsgərlinin isə rəqsini "nümayiş" etdirdi.
Mərasimdə həmçinin sözləri və musiqisi səbəbkarın özünə məxsus "Ana" mahnısı gecənin aparıcısı Zabir Əliyev tərəfindən ifa olundu. Bu ifa Rövşəni çox kövrəldi.
Məlumat üçün bildirək ki, İlknuri həm də tanınmış azərbaycanlı müğənni Azəri Günelin ən yaxın dostudur. İllərə söykənən bu münasibətləri həm də doğmalıq tamamlayır.
Maraqlısı ondadır ki, yaxın dostunun toyu olsa da, Günel hazırda İstanbuldadır və Rövşənin toyunda qardaşı Tunar da iştirak etmirdi.
Allah xoşbəxt eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB