“Buna Ququş və Bülent Ersoy kimi müğənnilərin gücü yetməz”
Əməkdar artist Ququşa qəzəbləndi

Azərbaycan musiqisi bu gün dünyaya səs sala bilib. Milli musiqi parçalarımızla yanaşı, klassik bəstəkar, estrada mahnılarımız da bir çox ölkələrdə böyük maraq yaranıb. Yəqin elə buna görə ermənilər, bizi sevməyən bəziləri bu gün daha çox Azərbaycan musiqilərinə müraciət edib. onları öz məhsulları kimi təqdim edirlər. Çox təəssüf doğuran məqamlardan biri də odur ki, bəzən əslən türk, azəri olan insanlar da ermənilərə dəstək çıxır.

Ötən əsrin ortalarında xalq artisti Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz "Gedək üzü küləyə" mahnısı da ciddi bir klassik musiqi nümunəsi kimi sevilir. Sözləri Əliağa Kürçaylıya, musiqisi Elza İbrahimovaya məxsus adıçəkilən mahnı indi əməkdar artist Azərinin ifasında sevilir.

Sənətçi bu klassik mahnını dəfələrlə ölkənin hüdudlarından kənarda səsləndirib. Mahnıya özünəməxsus şəkildə yanaşan Azərinin sanki bu musiqiyə ikinci nəfəs verib. Hərçənd, əslən azərbaycanlı olan Ququş bu mahnını erməni mahnısı kimi təqdim etməyə çalışıb və məhz bu musiqini erməni dilində oxuyub.

SİA-nın məlumatına görə, Azərin də bu günlərdə Ququşa efir vasitəsi ilə cavab verib. Əməkdar artisti Türkiyənin TRT AVAZ telekanalında, müəllifi və aparıcısı olduğu " Azərinlə bir Avaz" verilişində danışaraq, Ququşa mesaj göndərib. Azərinin ifasında səslənən bu klassik əsərimiz bir daha Azərbaycan musiqisinin nə qədər zəngin, koloritli olduğunu sübut edib. Azərbaycan musiqilərini, mədəniyyətini Türk telekanalında təbliğ etməyə çalışan əməkdar artist Ququşa ismarıc göndərib ki, bizim musiqimizi bir ifa ilə oğurlamaq, mənimsəmək, özününküləşdirmək mümkün deyil.

Nə qədər başqaları bizim musiqimizə müraciət etsə də, Azərbaycan ruhu olmadan onun özəlliyini çatdırmaq mümkün deyil. Çünki bu əsərlərin kökündə milli Azərbaycan musiqisi, muğamlarımız dayanır. Bu həqiqəti dəyişməyə isə Ququş və Bülent Ersoy kimi müğənnilərin gücü yetməz.

Məxsusi olaraq SİA üçün Tahirə Məmmədqızı

Bütün xəbərlər Facebook səhifəmizdə