Xalq artistinin oğlu evlənir

Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ikinci oğlu Əkbərin toyudur. SİA-nın verdiyi xəbərə görə, Nazpəri xanımın oğlu öz iş yoldaşıyla ailə həyatı qurur.

Nəzərinizə çatdıraq ki, Əkbərin toyu paytaxtın möhtəşəm "Buta" sarayında baş tutacaq. Sözügedən mərasimdə tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, xalq artisti oğlunun toyuna media nümayəndələrinin girişinə qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə