Bu gün Azərbaycan estradasının tanınmış müğənnisi Roza Zərgərli "Qəlbdən sevən" adlı mahnısına çəkilən klipinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, sözügedən klip Roza Zərgərlinin ailə həyatından bəhs edir. Həyat yoldaşının adını sirr saxlayan Roza bildirib ki, klip onun həyatından bəhs edir: "Bu klipi həyat yoldaşıma həsr etmişəm. Biz illərdir nə yaşamışıqsa məhz bu klipdə göstərilib. Eşq həyatımızın bəzi anlarını bu cür lentə almağa çalışmışam. Gördüyünüz kimi, klipdə atəşfəşanlıq var. Mənim də həyat yoldaşım bu cür jestlər edib".
Rejissoru özü olduğu klipindən danışan Zərgərli media nümayəndələrinin qarşısına öz komandası ilə çıxıb. Başda mətbuat katibi Yeganə Rzaxanova olmaqla bütün heyətin işini tərif atəşinə tutan Roza onu da qeyd edib ki, onun məşhurlaşmasında sosial şəbəkələrin rolu az deyil. Bu işin öhdəsindən isə onun piar meneceri Kamal gəlib.
Qeyd edək ki, "Qəlbdən sevən" mahnısının sözləri Könül Əmirxana, musiqisi isə Aynur Adilqızına məxsusdur.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB