Boşanan Azərbaycan məhşurları

Azərbaycan şou-biznesində tanınmış simalarının şəxsi həyatları barədə maraqlı arxiv ortaya çıxardıq. Arxivdən boşanıb və ya yenidən evlənmişlərin şəkillərini əldə etdik. Bəlli oldu ki, boşanmışlar sırasında xalq artistlərindən Aygün Kazımovanın və Faiq Ağayevin, əməkdar artistlərdən Firuzə İbadovanın qızı Hülyanın və Elza Seyidcahanın oğlu Əkbərin, müğənnilərdən Samir Priyevin, Günel Ələkbərovanın, Kərim Abbasovun və Almaz Ələsgərovanın qızı, prodüsserlərdənTəranə Səmədovanın və Roland Bayramovun, reper Hüseyn Dəryanın, teleaparıcı İlahə Nizamiqızının və rəqqasə Oksana Rəsulovanın adları var.

Xatırladaq ki, xalq artistlərindən Aygün Kazımova və Faiq Ağayev birinci evlilikdən sonra yenidən ailə həyatı qurmayıblar. Əməkdar artist Firuzə İbadovanın qızı Hülyanın isə 1 qız balası var. Elza Seyidcahanın oğlu Əkbər isə yenidən evlənmək üçün qız axtarışındadır. Müğənnilərdən Samir Priyev yenidən ailə qurub və övladı var. Günel Ələkbərova isə qalmaqallı ayrılıqdan sonra evlənməyib. Hətta onun keçmiş əri ilə müğənni Mehin də əlaqəsi olub. Kərim Abbasov isə prodüsser Təranə Səmədova ilə evli olub. Boşandıqdan sonra isə bir-birlərinin arxalarınca olmayan sözləri deyiblər. Hazırda Təranə evli deyil. Kərim isə ailə həyatı qurub və övladı var. Almaz Ələsgərovanın qızı isə boşandıqdan sonra ikinci dəfə evlənməyib. Prodüsser Roland Bayramov da ailəsi dağıldıqdan sonra növbəti dəfə nigaha girməyib. Reper Hüseyn Dərya isə keçmiş həyat yoldaşı Sona xanımdan ayrıldıqdan sonra evlənməyib. Teleaparıcı İlahə Nizamiqızı hazırda evli deyil. Övladı var. Rəqqasə Oksana Rəsulova birinci həyat yoldaşından boşanmadan reper Elşad Xose ilə əlaqəsi var idi. O, hazırda Elşadla evlidir.

Sözügedən şəkilləri sia.az oxucularına təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə