Subay kişilər satışa çıxarıldı – Bu da oldu!

Subay kişilər satışa çıxarıldı – Bu da oldu!

Fransanın paytaxtı Parisdə mağazalardan biri xüsusi oyuncaq qutularda subay kişiləri satışa çıxarıb. Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu ideyanın müəllifi Fransanın tanışlıq saytlarından biridir. Mağazada satılan subay kişilər isə bu internet resursunda qeydiyyatdan keçmiş istifadəçilərdir. Arzu edənlər onları saytın siyahısında tapa və tanış ola bilərlər. Vitrinlərdən kişiləri seçmək və mağazanın restoranında da söhbət etmək mümkündür.

Təşkilatçılar bildirir ki, onların ideyası işə yarayır: ən azından bir neçə qız mağazanı kavalerlə birlikdə tərk edib. Yeri gəlmişkən, qadınlara bildirilib ki, onlar tələssələr yaxşı olar, çünki 10 gündən sonra mağazada subay kişilərin satılması kampaniyası başa çatacaq. Sonra "tanışlıq mağazası" Brüsseldə fəaliyyət göstərəcək, sonra isə yenidən Fransaya qayıdacaq və ölkənin Lozanna, Lion və Tuluza kimi şəhərlərində açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə