Azərbaycanlı müğənni və aparıcı Sevinc Ağaşirinova yeni layihə üzərində çalışır. Sevincin SİA-ya verdiyi məlumata görə, o, "Qatar" adlı mahnı ilə tamaşaçıların qarşısına çıxacaq.
"20 yaşlı biri mənə mahnını göstərəndə, çox bəyəndim. Bir müddət düşünəndən sonra mahnını götürüb, Can adlı aranjemançıya verdim. İndi bütün komandamla birgə mahnının üzərində çalışırıq. Ümid edirəm ki, çox maraqlı bir layihə olacaq".
Qeyd edək ki, "Qatar" adlı mahnının sözləri Nuranə Nura, musiqisi Fərid Həsənzadəyə məxsusdur.
Məlumat üçün bildirək ki, Sevinc sözügedən mahnıya klip çəkdirməyi də düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB