Azərbaycan şou-biznesinin qalmaqallı stilisti Anar Ağakişiyev yenə həmkarı Samir Əliyev haqqında danışıb. O, Samirlə düşmən olmadığını, ancaq onu bəyənmədiyini dilə gətirib. SİA-ya açıqlama verən stilist bunları deyib: "Mənim düşmənim yoxdur. Düşmənim ancaq bədxaq ermənilərdir. Sadəcə olaraq xoşuma gəlməyən insanlar var. Bəyənmədiyim insanlardan biri də stilist Samir Əliyevdir. Daha onun haqqında danışmaq istəmirəm. Çünki özünü mənim adımla yetərincə reklam edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB